Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:55

Əfqanıstan Talibanla görüşə 250 nəfər göndərir


Əfqanıstanda daha bir toqquşmada xəsarət alanlar

Əfqanıstan hökuməti bu həftə Qətərdə Taliban rəsmiləri ilə danışıqlara 250 nəfər göndərəcəyini deyir.

Aprelin 19-21-nə planlaşdırılan görüş ölkədə 18 ildir gedən müharibənin bitirilməsi yönündə potensial dönüş yarada bilər.

Nümayəndə heyətinə hökumət rəsmiləri, nüfuzlu keçmiş səhra komandirləri, müxalifətçilər, tayfa və dini liderlər, qadınlar, vətəndaş cəmiyyəti və media təmsilçiləri daxildir.

2015-ci ildə Pakistanda sülh danışıqları alınmamışdı. O vaxtda hökumət rəsmiləri ilə Talibançılar ilk dəfə bir araya gələcək.

Bu arada Birləşmiş Ştatlar da Talibanla danışıqları sürətləndirib. ABŞ-ın elçisi Zalmay Khalilzad son aylar Qətərdə yaraqlılarla bir neçə dəfə danışıq aparıb. Növbəti raund bu ayın sonuna planlaşdırılır.

Taliban Kabil hökumətini tanımır, onu Qərbin “oyuncağı” adlandırır.

Prezident Ashraf Ghani-nin sülh elçisi Omar Daudzai deyib ki, Əfqanıstanın nümayəndə heyəti Dohaya “Talibanla fikir mübadiləsi aparmağa” gedəcək.

Taliban isə hökumət rəsmilərinin Doha danışıqlarına “fərdi sifətdə qatılacağını” bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG