Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 04:01

Qətər Haftara silah embarqosu qoymağa çağırır


Sheikh Mohammed bin Abdulrahman al-Thani

Qətərin xarici işlər naziri Liviyanın şərqinə nəzarət edən komandir Khalifa Haftara silah embarqosu tətbiq etməyə, onun qoşunlarını işğal etdiyi ərazilərdən çıxmağa çağırıb. Bu haqda İtaliyanın “La Repubblica” qəzeti yazıb.

Xarici işlər naziri Sheikh Mohammed bin Abdulrahman al-Thani qəzetə müsahibəsində deyib ki, fransalı həmkarı ona Liviya üzrə planlaşdırılan milli barışıq konfransının baş tutmasına çalışdığını söyləyib.

2011-ci ildə Muammar Gaddafi devriləndən Liviyada rəqib qüvvələr oturuşub, region ölkələri də fərqli cəbhələri dəstəkləyir.

Konfliktin qarşısının necə alına biləcəyinə gəlincə, Sheikh Mohammed deyib ki, bu, “Haftara səmərəli embarqo qoymaqla və onu sursatla, müasir silahlarla təmin edən ölkələrin qarşısını kəsməklə” mümkündür.

O, daha sonra Səudiyyə Ərəbistanı, BƏƏ və Misirin adlarını çəkib. Bu üç ölkə 2017-ci ildə Qətərlə əlaqələri kəsib.

Misir və BƏƏ Haftara əsas dəstək verən ölkələrdir. O, Liviyanın şərqində islamçı yaraqlılar və digər opponentlərlə mübarizə aparmaqla mövqeyini möhkəmləndirib. Şərqi Liviya hakimiyyəti Qətərin Liviyanın qərbindəki islamçı meylli fraksiyaları dəstəklədiyini bildirir.

XS
SM
MD
LG