Keçid linkləri

Təcili xəbərlər
2019, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 04:40

Əfqanıstanda hərbi cinayətlər araşdırılmayacaq


Beynəlxalq Cinayət Məhkəməsinin Haaqadakı binası

Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Əfqanıstanda mümkün hərbi cinayətlərin araşdırılması xahişini rədd edib. Belə bir vəsatətlə məhkəmənin prokuroru çıxış etmişdi.

Aprelin 12-də çıxardığı qərarda hakimlər yetərincə dəlil olmadığını, həm də dövlətin əməkdaşlıq perspektivlərinin zəifliyini əsas gətirib.

“Məhkəmə bu səbəbdən qərara alır ki, indiki məqamda Əfqanıstandakı durumun araşdırılması məhkəmənin maraqlarına uyğun deyil və buna görə də vəsatəti rədd edir”, – qərarda deyilir.

2017-ci ilin noyabrında məhkəmənin prokuroru Fatou Bensouda hakimlərdən xahiş edib ki, 2003-cü ilin mayından bəri Əfqanıstanda əfqan milli təhlükəsizlik qüvvələri, Taliban və Haqqani yaraqlıları tərəfindən törədildiyi iddia olunan hərbi və bəşəriyyətə qarşı cinayətləri araşdırsın.

Aprelin 5-də Bensouda-nın idarəsi ABŞ hakimiyyətinin onun giriş vizasını ləğv etdiyini bildirib.

ABŞ Dövlət katibi Mike Pompeo ötən ay demişdi ki, Vaşinqton ABŞ qüvvələrinin Əfqanıstanda və başqa yerlərdə törətdiyi iddia olunan hərbi cinayətləri və pozuntuları araşdıran ICC əməkdaşlarının vizasını ləğv edəcək.

Birləşmiş Ştatlar 2002-ci ildə ICC-nin əsası qoymuş Roma sazişini ratifikasiya etməyən ölkələrdəndir.

Günün bütün mövzuları

XS
SM
MD
LG