Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 21:41

Trump rəqiblərinin ‘xəyanətkar hərəkətlərə’ yol verdiklərini deyir


Demokratlar aprelin 2-dək vaxt qoydular

Demokratlar xüsusi prokuror Robert Mueller-in Rusiya istintaqına dair hesabatının aprelin 2-dək tam açıqlanmasını tələb edirlər. Mueller Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkisinə mümkün müdaxiləsini, Prezident Donald Trump-ın seçki kampaniyası ilə Rusiya arasında sövdələşmə iddialarını araşdırırdı.

Nümayəndələr Palatasının altı komitə sədri martın 25-də Baş prokuror William Barr-dan tələb ediblər ki, aprelin 2-dək Mueller-in hesabatını Konqresə tam şəkildə təqdim etsin.

Hələlik, Ədliyyə Departamentindən kənarda heç kəs bu hesabatı görməyib.

Ədliyyə Departamenti hesabatın tam açıqlanmasıyla bağlı bir söz deməyib, amma Barr mümkün qədər şəffaf olacağını demişdi.

Senatın ədliyyə komitəsinin sədri, Trump-ın müttəfiqi Lindsey Graham jurnalistlərə deyib ki, Barr-dan xüsusi prokuror təyin etməsini xahiş edəcək. Həmin prokuror Trump-ın kampaniyası ilə Rusiyanın mümkün əlbirliyi araşdırılan zaman ABŞ hüquq-mühafizə rəsmilərinin hansısa yanlışa yol verib-vermədiyini araşdırmalıdır.

***

ABŞ prezidenti Donald Trump xüsusi prokuror təhqiqatını başladanları kəskin tənqid atəşinə tutaraq deyib ki, Birləşmiş Ştatlara qarşı “şər işlərə” və “xəyanətkar hərəkətlərə”yol verilib.

Bundan əvvəl xüsusi prokuror Robert Mueller-in hesabatı əsasında baş prokurorun Konqresə göndərdiyi məktubun ardınca Trump özünün “tamamilə günahsız olduğunu və təmizə çıxarıldığını” bəyan etmişdi:

"Burda çox sayda elə adamlar var ki, bəzi çox, çox şər işlər, bəd işlər, mən hətta deyərdim ki, ölkəmizə qarşı xəyanətkar işlər görüblər”.

Trump martın 25-də verdiyi bu bəyanatda konkret adlar çəkməyib və konkret faktlara istinad etməyib. Lakin o bütün bunların əvəzinin çıxılacağına işarə edib:

"Biz həqiqətən də bir çox pis şeylərin baş verməsini yaşamışıq və bu adamların məsələsinə mütləq baxılacaq. Mən onlara çoxdan bəridir ki, göz qoyuram”.

Mueller-i dəfələrlə “əcinnə ovunda” ittiham edən Trump indi deyir ki, keçmiş FTB direktoru Rusiya təhqiqatını aparmaqla çox şərəfli iş görüb. O əlavə edib ki, bütün bunları daha tez bir zamanda qurtarmaq olardı.

Baş prokuror Barrın Konqresə məktubu
Baş prokuror Barrın Konqresə məktubu

Trump və onun müttəfiqləri baş prokuror William Barrın Konqresə göndərdiyi məktubdan sonra özlərini qalib gəlmiş hiss edirlər.

Martın 24-də göndərilmiş bu məktubda deyilirdi ki, xüsusi prokuror Robert Mueller-in hesabatında “Trump kampaniyası üzvlərinin Rusiyanın seçki müdaxiləsi ilə sövdələşməyə girmələrinin müəyyən edilmədiyi” bildirilib.

Lakin belə görünür ki, elə bu məktubla əlaqədar Ağ Ev və demokrat millət vəkilləri arasında yaranmış gərginlik 2020-ci ilin noyabrında keçiriləcək növbəti prezident seçkisinədək davam edə bilər.

Barr öz məktubunda bunu da qeyd edirdi ki, “hesabat prezidentin cinayət törətdiyi nəticəsinə gəlməsə də, onu təmisə də çıxarmır”.

Barrın məktubu Rusiya rəsmiləri və millət vəkilləri tərəfindən sevinclə qarşılanıb. Moskva ABŞ prezident seçkisinə müdaxilə etdiyi barədə iddiaları rədd edirdi və indi Rusiya rəsmiləri məhz bu inkarın sübut olunduğunu bildirirlər. Halbuki baş prokurorun hesabatında Putin hökumətinin “seçki müdaxiləsi” barədə dəfələrlə qeydlər edilir.

Mueller hesabatının baş prokuror tərəfindən tərtib edilmiş 4 səhifəlik xülasəsində bu da qeyd olunur ki, Trump-ın ədalətin qarşısını alması barədə iddiaları dəstəkləyəcək kifayət qədər dəlil olmayıb.

Buna baxmayaraq Nümayəndələr Palatasının Ədliyyə, Kəşfiyyat və Qanunların İcrasına Nəzarət komitələrinin sədrləri Jerry Nadler, Adam Schiff və Elijah Cummings baş prokuror Barrı Konqresin Ədliyyə Komitəsi qarşısında “ləngimədən” ifadə verməyə çağırıblar.

Onlar deyirlər ki, Mueller hesabatı “prezidenti aydın şəkildə təmizə çıxarmır və əksinə prezident Trump-ın ədalətə mane olmaq cəhdləri də daxil - ədaləti əngəlləmək məsələsinin hər iki tərəfinə dəlil gətirir”.

Komitə sədrlərinin birgə bəyanatında deyilir:

"Bu yolverilməzdir ki, xüsusi prokuror Mueller-in 22 ay ərzində bu sübutu xırdalıqlarına qədər açmasına baxmayaraq baş prokuror Barr 48 saatın içində prezidentə qarşı ittiham irəli sürməmək qərarına gəlib”.

Nancy Pelosi
Nancy Pelosi

Nümayəndələr Palatasının spikeri Nancy Pelosi və Senat demokratlarının lideri Chuck Schumer deyiblər ki, Barrın Mueller-in hesabatına dair verdiyi xülasə “cavablardan çox suallar doğurur”:

"Xüsusi prokuror Mueller-in hesabatının prezidenti ədalətə maneə kimi ciddi məsələdə təmizə çıxarmaması…tam hesabatın heç bir ləngiməyə yol verilmədən ictimaiyyətə açıqlanmasının təcililiyini nümayiş etdirir”.

Onlar habelə vurğulayırlar ki, Barr “heç də neytral müşahidəçi deyil” və onun dörd səhifəlik xülasəsi Mueller-in tapıntılarının obyektiv icmalı sayıla bilməz.

Trump martın 25-də deyib ki, Mueller hesabatının təfərrüatlı xülasəsinin ictimaiyyətə açıqlanması tamamilə Barrın ixtiyarında olan məsələdir:

"Bu, baş prokurorun işidir. Mənim heç vecimə deyil”.

Buna baxmayaraq bu bəyanatdan az əvvəl Trump-ın vəkillərindən Jay Sekulow demişdi ki, “prezidentin Mueller-in suallarına yazılı cavablarının açıqlanması son dərəcə məqsədəuyğun olmazdı”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG