Keçid linkləri

2026, 23 Oktyabr, cümə, Bakı vaxtı 02:22

Mueller-in hesabatının icmalı hansı sualları cavabsız buraxır

William Barr
William Barr

ABŞ-ın Baş prokuroru William Barr xüsusi prokurorun 22 ay ərzində apardığı təhqiqatın icmalını iki günə hazırlayıb. Söhbət xüsusi prokuror Robert Mueller-in Prezident Donald Trump-ın 2016-cı il seçkisi zamanı Rusiyayla sövdələşməyə gedib-getməməsilə bağlı təhqiqatından gedir.

AzadlıqRadiosu-nun əməkdaşı Alan Crosby yazır ki, baş prokuror xüsusi hesabatın icmalını açıqlayandan bir neçə dəqiqə ərzində bir məsələ dərhal aydınlaşdı: bu təhqiqat hələ məsələni həll etməyib.

Trump-ın komandası artıq bayram edir, prezidentin müdafiə olunduğunu deyir. Barr bildirib ki, Mueller-in təhqiqatı “Trump kampaniyası üzvlərinin Rusiya hökumətilə seçkiyə müdaxilə fəaliyyətində sövdələşməyə getdiyini müəyyənləşdirməyib”.

“Xüsusi prokuror hansısa sövdələşmə, yaxud ədalətin əngəllənməsini aşkarlamayıb. Baş prokuror Barr və müavini Rosenstein ədalətin əngəllənmədiyini ortaya çıxarıb”, – Ağ evin mətbuat katibi Sarah Sanders Twitter-də yazıb. O, prezidentin tamamilə təmizə çıxdığını vurğulayıb.

Sarah Sanders
Sarah Sanders

Amma Trump-ın opponentləri bunun belə olmadığını, Mueller, yaxud Barrın belə açıqlama vermədiyini deyirlər. Trump-ın təhqiqat getdiyi müddətdə ədalətə əngəl yaratmağa çalışması da aydın şəkildə ifadə olunmayıb.

BARRA XƏBƏRDARLIQ

Barr ABŞ millət vəkillərinə yazdığı məktubda bildirir ki, Mueller-in 2016-cı il ABŞ prezident seçkisinə dair apardığı təhqiqat prezident Donald Trump-ı nə təmizə çıxarır, nə də onun cinayət törətdiyini sübut edir.

Ədliyyə Nazirliyinin 24 mart tarixli məktubunda habelə deyilir ki, Mueller-in topladığı dəlillər Trump-ın ədalətin qarşısını almasının sübutu üçün “kifayət” deyil. ƏTRAFLI

Barr qeyd edib ki, Mueller-in komandasının yeni ittihamlar irəli sürmək planları yoxdur.

Demokratlar isə dərhal Barr-ın təqdim etdiyi xülasəyə qarşı çıxaraq ona xəbərdarlıq ediblər ki, dəlili ört-basdır etməsin. Onlar Mueller-in hesabatla bağlı Konqresdə ifadə vermək ehtimalını səsləndiriblər.

Nancy Pelosi
Nancy Pelosi

​“Baş prokurorun hesabatın nəticələrinin icmalını təqdim etməsi yetərli deyil. Konqres tam hesabatı və müvafiq sənədləri tələb edir ki, komitələr öz müstəqil işlərini görə bilsinlər”, – Nümayəndələr Palatasının demokrat spikeri Nancy Pelosi deyib.

Berkli universitetində professor, Clinton administrasiyasında dövlət katibi olmuş Robert Reich bildirir ki, Trump-ıa qarşı ədalətin əngəllənməsi iddiaları “güclü”dür.

“Barrın icmalı nəinki Mueller-in hesabatının üzə çıxardıqlarını cilalayır, həm də vacib bir detalı ört-basdır edir. Barr qərara gəlib ki, Trump-a qarşı ədalətin əngəllənməsi ittihamları irəli sürülməsin. Amma Trump özü etiraf etmişdi ki, Rusiya təhqiqatını dayandırmaq məqsədilə Federal Təhqiqat Bürosunun direktoru James Comey-i vəzifəsindən kənarlaşdırıb”, – o deyir.

​
XS
SM
MD
LG