Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Aprel, Bazar ertəsi, Bakı vaxtı 23:59

İnternet şirkətlərindən 100 milyon dollar qopardığını boynuna alıb


Google şirkətinin qərargahı

Dünən – martın 20-də bir litvalı Facebook və Google şirkətlərindən 100 milyon dollardan çox vəsaitin qoparılması mexanizminə kömək etdiyini boynuna alıb. Məlumatı federal prokurorlar açıqlayıb.

50 yaşlı Evaldas Rimasauskas Menhettendə keçirilən məhkəmədə təqsirli olduğunu deyib.

İttihamnaməyə görə, Rimasauskas və onunla əlbir olan, adları çəkilməyən bir neçə nəfər özlərini Asiyadan texniki avadanlıq satıcısı kimi təqdim ediblər və Google və Facebook şirkətlərinin ona pul borcu olduğunu deyiblər.

Məhkəmə sənədlərində onların Google-dan 23 milyon, Facebook-dan 99 milyon dolları fırıldaqla ələ keçirdiyi bildirilir.

Rimasauskas-ın isə saxta şirkət və Latviyada bank hesabı açmaqla bu sxemə kömək etdiyin bildirilir. O, 30 ilədək həbs cəzasına məhkum edilə bilər. Məhkəmə iyulun 24-nə təyin olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG