Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 16:49

Martın 20-dən Novruz tətilləri başlayır


Bakıda Novruz şənliyi. Foto arxiv

Martın 20-dən Azərbaycanda Novruz tətilləri başlayır və bayramla əlaqədar bir həftə iş olmayacaq.

Nazirlər Kabinetinin qərarına əsasən, tətil martın 20-dən 24-dək olan dövrü əhatə edir. Martın 23-ü şənbə, 24-ü isə bazar gününə təsadüf etdiyindən ayın 25-i və 26-sı da iş olmayacağı bildirilir.

Mövcud Əmək Məcəlləsinə görə, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

Martın 27-dən, yəni, həftənin çərşənbə günündən isə növbəti iş günü başlamalıdır.

Bu gün, martın 19-da Torpaq çərşənbəsi və ya İlaxır çərşənbə qeyd olunur. Martın 21-i saat 1:58 dəqiqədə yaz fəsli Azərbaycana qədəm qoymalıdır.

Multimedia

XS
SM
MD
LG