Keçid linkləri

Təcili xəbərlər
2019, 19 May, bazar, Bakı vaxtı 22:19

Suriyada yüzlərlə İŞİD üzvü təslim olur


Bağuzdan çıxarılanlar

Suriyanın şərqinə sığınmış yüzlərlə İslam dövləti (İŞİD) yaraqlısı və ailə üzvləri təslim olmaqdadır. ABŞ-ın dəstəklədiyi Suriya silahlı qüvvələri isə irəliləyir.

“Bugünkü əməliyyatlar zamanı 1300-dək terrorçu və ailələri bizə təslim olub”, – Suriya Demokratik Qüvvələrinin sözçüsü Mustafa Bali martın 14-də tvitində yazıb.

Yaraqlılar İraqla sərhəddəki Bağuz kəndində mühasirəyə alınıblar. Kürdlərin rəhbərlik etdiyi, ABŞ koalisiyasının dəstəklədiyi SDF isə mövqelərini möhkəmləndirir.

“Frans Pres”in əməkdaşı təslim olanların çoxunun yaralı olduğunu xəbər verir.

“Hazırda içəridə qalanlar özlərini partladan, irəliləməyimizi əngəlləyən intiharçılardır”, – SDF-in əsas hissəsi olan kürd YPG qruplaşmasının sözçüsü Jiaker Amed deyib.

SDF martın 10-dan bəri 3 minədək İŞİD üzvünün təslim olduğunu bildirir.

Suriyada səkkiz ildir gedən vətəndaş müharibəsində Birləşmiş Ştatlar və Türkiyə fərqli antihökumət qruplarını, Rusiya və İran isə Bashar al-Assad hökumətini dəstəkləyir.

ABŞ Suriyadan hərbçilərini çıxaracağını elan edib və bu addım kürd döyüşçülər arasında narahatlıq yaradıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG