Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 15:41

Nazirlik müxalifətçinin ölümü ilə bağlı açıqlama verdi


Səhiyyə Nazirliyi

«Pasient Xəlqi Hüseynov Neyrocərrahiyyə Xəstəxanasında «anevrizmanın partlaması» diaqnozu ilə müalicə alıb və martın 10-da elə bu xəstəlikdən də dünyasını dəyişib».

Səhiyyə Nazirliyindən AXC Saatlı rayon təşkilatının sədri, martın 10-da vəfat edən X.Hüseynovun ölümü haqqında danışarkən deyirlər.

Gənc müxalifətçinin vəfatı sosial mediada Azərbaycan səhiyyə sistemi ilə bağlı çoxsaylı tənqidlərə yol açıb.

Onun təmsil olunduğu müxalifət partiyasının sədri Əli Kərimli Facebook səhifəsində yazır: «Xəlqi bəyi ölkənin viran edilmiş səhiyyə sistemi öldürdü. Beyninə qan sızmışdı. Ancaq Sabunçu xəstəxanasında ona dörd gün ərzində düzgün diaqnoz qoyulmadı, qan sızmadan yalnız bir həftə sonra Bakı Neyrocərrahiyyə Mərkəzində beyinə qan sızması müəyyənləşdi, onda da artıq gec oldu. Xəlqi bəyin beyninə ikinci dəfə və daha güclü qan sızdı, bu da onun ölümünə səbəb oldu».

Eyni ittihamlarla digər müxalifət partiyalarının üzvləri də çıxış edirlər.

Səhiyyə Nazirliyi isə X.Hüseynovun «düzgün olmayan müalicə» nəticəsində həyatını itirməsi barədə iddiaları əsaslı saymır. Rəsmi qurum bildirir ki, həkimlər xəstənin sağalması üçün əllərindən gələni ediblər, amma həyati təhlükəni aradan qaldırmaq mümkün olmayıb.

X.Hüseynovun 10 günə yaxın Neyrocərrahiyyə Xəstəxanasında, buna qədərsə dörd gün Sabunçu rayon xəstəxanasında müalicə aldığı bildirilir.

O, martın 10-da vəfat edib, martın 11-də dəfn olunmaq üçün anadan olduğu Saatlı rayonun Qaraxanlı kəndinə aparılıb.

Multimedia

XS
SM
MD
LG