Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:51

Rohani Bağdaddadır


İraq prezidenti Barham Salih iranlı həmkarı Hassan Rohani ilə mətbuat konfransında

Rohani-ni Bağdadda İraqın Xarici işlər naziri Mohammed Ali Al-Hakim qarşılayıb.

O, İraq paytaxtında şiə məbədinə baş çəkib, daha sonra Prezident Barham Salih ilə görüşüb.

“Bizim ticarət, investisiya, enerji, elektrik və qaz, bankçılıq, yollar və dəmiryolları daxil olmaqla bütün sahələrdə əməkdaşlıq etməyimiz üçün düzgün şərtlər mövcuddur”, – Rohani danışıqlardan sonra deyib. O, İraqın regionda mühüm dövlət olduğunu, “təhlükəsizliyin təminatında daha böyük rol oynaya biləcəyini” sözlərinə əlavə edib.

Səfər zamanı bir sıra razılaşmaların imzalanacağı gözlənir.

***

İran Prezidenti Hassan Rohani artıq Bağdada çatıb. O, Tehranın Mehrabad aeroportunda deyib ki, İraqla İran arasında “xüsusi” münasibətlər mövcuddur.

“İraqla özəlliklə nəqliyyat sahəsində əməkdaşlığımızı genişləndirməkdən ötrü vacib layihələrimiz var. Bu səfər zamanı vacib layihələr müzakirə olunacaq”, – o vurğulayıb.

***

İran Prezidenti Hassan Rohani martın 11-də qonşu İraqa ilk rəsmi səfərini edəcək. İranın Xarici işlər naziri Javad Zarif səfərə hazırlıq məqsədilə artıq Bağdada gedib.

“İranla İraq qonşulardır və heç bir ölkə onların münasibətlərinə müdaxilə edə bilməz”, – Zarif martın 10-da Bağdada səfərindən öncə deyib.

O, iraqlı həmkarı Muhammad Ali al-Hakim ilə birgə mətbuat konfransında söyləyib ki, Rohaninin səfərinə hazırlıq üçün “çox yaxşı müzakirələr” aparıblar.

Tehran İraqda hərbi baxımdan iştirak etməsə də bu ölkədə güclü şiə yarımhərbi qrupları dəstəkləyir və onların sayının 150 min nəfər olduğu bildirilir.

Birləşmiş Ştatların isə İraqda 5 min 200 hərbçisi var.

ABŞ Prezidenti Donald Trump ötən il İranla 2015-ci il nüvə sazişindən çıxdığını, Tehrana sanksiyaların bərpa olunduğunu açıqlayıb. İraqa isə İrandan elektrik və təbii qaz alışını davam etdirməyə möhlət verilib.

Rohani daha öncə İraqa şəxsi səfərlər etsə də, prezident kimi ilk səfəridir. Onun üçgünlük səfər zamanı Baş nazir Adil Abdul-Mahdi, Prezident Barham Salih, Baş şiə ruhanisi Böyük Ayətulla Ali Sistani ilə görüşəcəyi gözlənir.

XS
SM
MD
LG