Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 00:47

Əfqanıstan hökumətilə Taliban ‘birbaşa danışıqlar keçirsin’


Antonio Guterres

BMT-nin Baş katibi Antonio Guterres Əfqanıstan hökumətilə Taliban silahlı qruplaşması arasında birbaşa danışıqların keçirilməsinə çağırır. O deyir ki, sülh yalnız “əfqanlararası hərtərəfli dialoq” vasitəsilə mümkün ola bilər.

Martın 7-də Təhlükəsizlik Şurasında yayılmış hesabatda Guterres bildirir ki, indi baş verənlər bu ölkədə 17 illik müharibəyə son qoyulması yolunda “ən vacib fürsət” sayıla bilər.

Baş katibin fikrincə, “davamlı sülh razılaşması yalnız əfqanlarası hərtərəfli dialoq vasitəsilə əldə oluna bilər”.

O, ABŞ rəsmiləri ilə Talibanın Qətərdə keçirdiyi danışıqlarda irəliləyişə istinad edərək ümidvar olduğunu bildirib ki, bu, Kabillə silahlı qruplaşma arasında birbaşa danışıqlara aparacaq.

Taliban indiyədək Əfqanıstan hökumətilə birbaşa danışıqlardan imtina edib, əvvəlcə xarici əsgərlərin ölkədən çıxarılmasını tələb edir.

Birləşmiş Ştatlar 2001-ci ilin sonunda Əfqanıstanı tutub. Buna səbəb Talibanın başçılıq etdiyi hökumətin 2001-ci il 11 sentyabr terrorunu təşkil etmiş Al-Qaeda terrorçuları və Osama bin Ladeni himayə etməsi olub. Həmin hücumlarda 3 minədək adam həlak olub.

Taliban o zaman hakimiyyətdən uzaqlaşdırılıb, amma son illər hökuməti devirmək cəhdlərini gücləndirib.

XS
SM
MD
LG