Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 17:35

Manaforta hökm bu gün oxunacaq


Paul Manafort

ABŞ Prezidenti Donald Trump-ın seçki kampaniyasının keçmiş sədri Paul Manaforta bu gün – martın 7-də hökm oxunacağı gözlənir. O, ömrünün qalan hissəsini həbsdə keçirə bilər.

Apreldə 70 yaşı olacaq Manafort ötən yayda səkkiz maliyyə cinayəti üzrə təqsirli bilinib. Bu cinayət işi xüsusi prokuror Robert Mueller-in apardığı istintaq çərçivəsində qaldırılıb. Mueller Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkisinə mümkün müdaxiləsini araşdırır.

Mueller-in idarəsi fevralın 15-də bildirib ki, Manafort-un təqsirli bilindiyi maddələr üzrə 19,5-24 il arası həbs cəzasına razıdır.

Manafortun vəkilləri isə martın 1-də bu cəza tələbinin onun cinayətləri ilə “mütənasib olmadığını” deyib, cəzanın yumşaldılmasını istəyiblər.

Manafort 2016-cı ilin seçki kampaniyası zamanı qısa müddətə Trump-ın kampaniya sədri olub. Amma elə həmin ilin avqustunda işdən çıxarılıb, çünki Ukraynanın rusiyapərəst siyasətçiləri, o cümlədən keçmiş prezidenti Viktor Yanukovych üçün siyasi fəaliyyəti üzə çıxıb.

Moskva seçkiyə hər hansı müdaxilə etmədiyini, Trump isə Rusiya rəsmiləri ilə hansısa əlbirliyə getmədiyini deyir.

XS
SM
MD
LG