Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 14:01

Unun qiymətində artım davam edir


Un

Son vaxtlar Azərbaycanda unun bahalaşması davam edir. Artıq bəzi marketlərdə bir sıra markalı 50 kiloqram un kisədə 29 manata satılır. Halbuki, bu ilin əvvəlində paytaxt Bakı və bölgələrdə 50 kiloqram un 26 manata, 26 manat 50 qəpiyə satılırdı. 2018-ci ilin noyabrında isə kisədə 50 kiloqram unu 24 manata belə almaq mümkün idi. Marketlər bunu unun topdansatış məntəqələrində bahalaşması ilə izah edirlər.

«Karmen» MMC-nin satış şöbəsindən isə bildirdilər ki, hazırda 50 kiloqramlıq un kisəsini onlar 25 manat 90 qəpiyə satırlar. Həmin şəxsin vurğulamasına görə, bu qiymət 3 aya yaxındır dəyişmir. Halbuki, hazırda «Karmen» ununun bir kisəsi bəzi pərakəndə satış məntəqələrində alıcılara 29 manata təklif edilir.

Yerli saytlar bəzi firmaların bişirdiyi çörəyin artıq 5 qəpik bahalaşmasından, bir sıra istehsalçıların isə çəkiləri azaltmasından bəhs edirlər.

Amma bu günlər bu mövzuda jurnalistlərə açıqlama verən iqtisadiyyat naziri Şahin Mustafayev demişdi ki, çörəyin qiymətində dəyişiklik gözlənmir: «Elə sahələr var ki, burada hökmran mövqeyə malik idxalçılar və istehsalçılar yoxdur. Belə olan hallarda bazar qiymətləri tənzimləyir. Konkret olaraq çörəklə bağlı danışsaq, bilirsiniz ki, Azərbaycan buğdanın bir hissəsini idxal edir. İdxal etdiyimiz ölkələrdə buğda bir qədər bahalaşır. Təbii olaraq, bu, Azərbaycanda hiss oluna bilər. Amma hökumət də zəruri tədbirlər görür. Həm buğda idxalçıları, həm çörək bişirən sahibkarlar, həm də ticarət şəbəkələrinin nümayəndələri ilə görüşlər keçirilir».

Nazir sonra da bunları demişdi: «Lazım olan hallarda əlavə tədbirlər görüləcək ki, bu qiymətlər alıcılara təsir göstərməsin».

Multimedia

XS
SM
MD
LG