Keçid linkləri

Təcili xəbərlər
2019, 27 Mart, çərşənbə, Bakı vaxtı 00:12

Belarus AB-nin ‘etibarlı’ tərəfdaşı olmağa ‘həmişə hazırdır’


Vladimir Putin və Alyaksandr Lukashenka (sağda) xokey matçında, 15 fevral, 2019-cu il

Belarusun Prezidenti Alyaksandr Lukashenka deyir ki, ölkəsi “həmişə Avropa Birliyinin tərəfdaşı kimi qalacaq”.

Fevralın 18-də Avropanın Büdcə və İnsan Resursları Komissarı Gunther Oettinger ilə danışıqların əvvəlində Lukashenka deyib ki, “Belarusla AB arasında problemlər həmişə olub və olacaq, amma onlar xroniki xarakterli deyil və həll oluna bilər”.

“Düşünürük ki, qonşularımızı Allah verib, onları seçmək olmaz, bu səbəbdən onlarla əlaqələri inkişaf etdirmək lazımdır. Buna görə də həmişə AB-nin etibarlı tərəfdaşı olacağıq”, – Lukashenka söyləyib.

Oettinger ilə görüşdən bir neçə saat öncə Lukashenka Rusiyada Prezident Vladimir Putin-lə iki ölkənin gələcək inteqrasiyasını müzakirə edib.

AB 2016-cı ildə Belarus siyasi məhbus sayılan bir sıra şəxsləri azad edəndən sonra Minskə sanksiyaları yüngülləşdirib. Amma birlik Lukashenka hökumətinin 2017-ci ilin martında nümayişləri zorakılıqla dağıtmasını pisləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG