Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 02:38

Hava kəskin dəyişir


Bakı

Fevralın 19-da Bakı və Abşeron yarımadasında yağış yağacağı, yağışın sulu qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakı və Abşeron yarımadasında gündüz 2-3 dərəcə isti olacağı, gecəyə doğru temperaturun 0 dərəcəyə yaxınlaşacağı güman olunur.

Azərbaycanın rayonlarında da fevralın 19-da arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənir. Gecə 0-4, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti proqnozlaşdırılır.

Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 19-da Abşeron yarımadasında havanın təzadlı dəyişəcəyi, xəzri küləyinin güclənəcəyi və yağıntı gözlənir. Bu da meteohəssas insanlara əsasən əlverişsizdir.

Nazirlik eyni zamanda xəbərdarlıq edir ki, Bakı və Abşeron yarımadasında fevralın 18-dən 19-na keçən gecədən başlayaraq fevralın 20-dək havanın dəyişəcəyi, yağışın sulu qara keçəcəyi ehtimalı var. Havanın temperaturunun fevralın 19-da ötən günlə müqayisədə 6-8 dərəcə aşağı enəcəyi təxmin edilir.

Azərbaycanın bölgələrində də fevralın 18-i axşamdan 20-si səhərədək (əsasən şimal və şərq rayonlarında) havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı proqnozlaşdırılır. Havanın temperaturunun fevralın 19-da ötən günlə müqayisədə 5-7 dərəcə aşağı enəcəyi ehtimalı var.

XS
SM
MD
LG