Keçid linkləri

Təcili xəbərlər
2019, 26 May, bazar, Bakı vaxtı 21:40

Avstraliya haker hücumuna görə ‘dövlət subyektini suçlayır


Scott Morrison

Avstraliya bildirir ki, bu ayın əvvəlində ölkə deputatlarına kiberhücuma görə “təkmil dövlət subyekti” məsuliyyət daşıyır.

Baş nazir Scott Morrison fevralın 18-dğ bildirib ki, təhlükəsizlik rəsmiləri böyük partiyaların şəbəkələrinə hücumu da araşdırırlar. Mayda ölkədə parlament seçkisi keçirilməlidir.

Kiber-kəşfiyyat agentliyi parlamentin kompüter şəbəkəsinə hücumu aşkar edincə deputatlara dərhal parollarını dəyişdirmək tapşırılıb.

“Kiber-ekspertlərimiz inanırlar ki, bu ziyanlı fəaliyyətə görə təkmil dövlət subyekti məsuliyyət daşıyır”, – Morrison parlamentdə söyləyib.

Morrison hansısa şübhəli ölkənin adını çəkməsə də, hökumətə bağlı analitiklər Rusiya, İran və Çinin adını çəkiblər.

“Motivasiyanı nəzərə alanda Çinin əsas şübhəli olduğunu söyləmək olar, amma Rusiyanı da çıxdaş etmək olmaz”, – Avstraliya Strateji Siyasət İnstitutundan Fergus Hanson “Reuters”ə deyib.

Morrison isə bildirir ki, “hər hansı seçki müdaxiləsinə dəlil yoxdur”, “seçki sistemimizin bütövlüyünü təmin etməkdən ötrü bir sıra addımlar atılıb”.

Günün bütün mövzuları

XS
SM
MD
LG