Keçid linkləri

Təcili xəbərlər
2019, 19 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 10:16

Azad Həsənov buraxılmadı


A.Həsənov

Bu gün, fevralın 11-də Müsavat Partiyasının üzvü Azad Həsənovla bağlı qaldırılan cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclası keçirilib.

Vəkil Osman Kazımov hazırlıq iclasında A.Həsənov barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi və onun ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb.

O.Kazımov deyib ki, A.Həsənovun istintaqdan yayınacağını ehtimal etməyə əsas yoxdur. Ona görə də onun barəsində seçilən həbs-qətimkan tədbirini əsassız sayır

İttiham tərəfi isə, öz növbəsində, vəsatətə etiraz edib, hakim heyəti də vəkilin istəyini təmin etməyib.

Məhkəmə prosesi fevralın 25-nə təyin edilib.

Xatırlatma

A.Həsənov 2014-cü ildən Litvada mühacirət həyatı yaşayıb. Ağır xəstə olan atasını görmək məqsədilə 2018-ci ilin oktyabrında onun Bakıya gəldiyi açıqlanıb. Müdafiə tərəfinin bildirməsinə görə, o, oktyabrın 11-də saxlanıb. Ona Cinayət Məcəlləsinin 234.4-cü (külli miqdarda qanunsuz narkotik vasitələrin dövriyyəsi) maddəsi ilə cinayət işi qaldırılıb. Barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Müsavat Partiyası bəyanat verərək onun həbsinin qurama işə söykəndiyini, siyasi motivli olduğunu bəyan edib. Ancaq Azərbaycan rəsmiləri ölkədə insanların siyasi baxışlarına görə həbs olunmasına dair iddiaları qəbul etmirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG