Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 07:55

Merkel Vişeqrad liderlərilə görüşəcək


Angela Merkel (solda) və Dünya İqtisadi Forumunun rəhbəri Klaus Schwab

Almaniyanın Kansleri Angela Merkel Bratislavada Slovakiya, Polşa, Çex Respublikası və Macarıstan liderləri ilə Dəmir Pərdənin çöküşünün 30 illiyi münasibətilə danışıqlar aparacaq.

Almaniyanın hökumətinin fevralın 6-da yaydığı məlumata görə, Vişeqrad Dördlüyü Qrupu ölkələrindəki siyasi dəyişiklik “Almaniyanın yenidən birləşməsi prosesinin dinc yolla baş verməsinə ciddi töhfəsini verib”.

Merkel əvvəlcə Slovakiyanın Baş naziri Peter Pellegrini ilə görüşəcək. Daha sonra onlar digər liderlərlə iqtisadi məsələlər, xarici siyasət, Avropadan danışacaqlar.

“Almanliya bizim ən böyük iqtisadi tərəfdaşımızdır və bu səbəbdən ən yüksək səviyyədə danışıqlar çox vacibdir”, – Pellegrini deyib.

İndiyədək Merkel özəlliklə qaçqınlarla bağlı nisbətən açıq siyasətinə görə Vişeqrad Qrupu ölkələrinin müqavimətilə üzləşib. Üstəlik, bu ölkələr Almaniya və Avropa Birliyi üzvləri tərəfindən sıxışdırıldıqlarını düşünürlər.

Polşa, Birləşmiş Ştatlar, Baltik ölkələri və AB-nin bəzi üzvləri Şimal axını-2 layihəsindən narahatlıqlarını dilə gətiriblər. Bu kəmər Rusiyadan birbaşa Almaniyaya Baltik dənizinin dibilə çəkiləcək.

Vişeqrad qrupu (V4) 1991-ci ildə Macarıstanın eyniadlı şəhərində yaradılıb.

XS
SM
MD
LG