Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:52

Nobel prospekti bağlanır


Çökən yol

Bakının Nobel prospektinin 20-25 gün bağlanacağı gözlənir.

Bu barədə bu gün, fevralın 5-də «Azərsu» ASC-nin açıqlamasında bildirilir.

Açıqlamada vurğulanıb ki, Bakıda tullantı sularının 30 faizindən çoxunu kənarlaşdıran Sahil kollektorunun Nobel prospektindəki 11 saylı texnoloji şaxtasının və kollektorun təhlükəsizliyini təmin etmək, prospektdə çökmənin qarşısını almaq məqsədilə əlavə işlərin görülməsinə qərar verilib.

Qurum bildirir ki, 11 saylı şaxtaya qrunt sularının dolması aşkarlanıb. Görülən tədbirlər nəticəsində qrunt sularının qarşısı tam alındığı vurğulanır.

Eyni zamanda qeyd edilir ki, ərazidə kompleks geofiziki və geoloji tədqiqat işləri də aparılıb: «Mürəkkəb geoloji şəraitə malik ərazidə su ilə doymuş və axıcılıq xüsusiyyətinə malik qruntların hidrotexniki qurğulara, yol infrastrukturuna real təhlükə yaratdığı məlum olub. Sahil kollektorunun 1980-ci illərdən istismar edildiyini, riskləri nəzərə alaraq ərazidə axıcılıq xüsusiyyətlərə malik qruntların hərəkətinin məhdudlaşdırılması və qrunt-bərkitmə işlərinin aparılmasına qərar verilib».

İlkin qiymətləndirmələrə əsasən, qrunt-bərkitmə işləri 20-25 gün ərzində davam edəcək.

«Bu müddətdə hərəkət iştirakçılarının və tikinti təhlükəsizliyinin təmin olunması məqsədilə Nobel prospektindən şəhər istiqamətinə nəqliyyatın hərəkətinin tam məhdudlaşdırılması planlaşdırılır», - ASC bildirir.

Xatırlatma

Nobel prospektində yolun hərəkət hissəsində çökmə hadisəsi ötən il dekabrın 23-də baş vermişdi. Həmin yolda əvvəllər də çökmə olduğu və təmir işlərinin aparıldığı vurğulanırdı.

Müstəqil ekspertlər Azərbaycanda yeni təmir olunan yollarda belə hadisələrin baş verməsini əsasən səriştəsizlik və korrupsiya amilləri ilə izah edirlər. Hərçənd, rəsmi qurumlar belə fikirlərlə razılaşmırlar.

Multimedia

XS
SM
MD
LG