Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 03:19

Belarusda ‘son illərin’ ən böyük marixuana əməliyyatı aparılıb


Əməliyyat zamanı aşkarlananlar

Belarus hakimiyyəti “son illərin ən böyük marixuana əməliyyatı”nı apardığını bildirir.

Polis son aylar ölkənin şərqindəki Vitsebsk regionunda dövr eləyən “yüksək keyfiyyətli” marixuananın mənbəyini axtarırmış. Maddənin becərildiyi obyekt qonşuluqdakı Minsk regionunda yerləşirmiş. Məlumatı Vitsebks Daxili İşlər Direktorluğu fevralın 4-də yayıb.

Məlumatda deyilir ki, marixuana dəmir pəncərələrlə əhatələnmiş 200 kvadrat metrlik evdə becərilirmiş. “Polis içəridəki böyük istixanaya girməkdən ötrü ağır metal qapılar xüsusi alətlərlə açmalı olub”, – qurum bildirir.

“Gərəkən mikroiqlimi saxlamaqdan ötrü quraşdırılmış avtonom enerji təchizatı sistemi və təkmil avadanlıq istehsalın irimiqyaslı olduğunu göstərir”, – bəyanatda vurğulanır.

Binada marixuana bitkilərinin əkildiyi yüzlərlə dibçəyin, eləcə də satışa hazır marixuananın aşkarlandığı bildirilir.

Həmçinin bu biznesin idarəçiliyində şübhəli sayılan bir neçə nəfərin saxlandığı xəbərlənir. Amma onların nə vaxt saxlandığı, konkret neçə şübhəlinin saxlandığı, kimlikləri açıqlanmır.

“Bir şeyi əminliklə demək olar. Bu, son illər Belarusda aşkarlanmış ən böyük marixuana əməliyyatıdır”, – bəyanatda vurğulanır.

XS
SM
MD
LG