Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 03:14

Senatorlar əsgərlərin çıxarılmasına qarşıdır


Suriyada ABŞ hərbi texnikası

ABŞ Senatı Prezident Donald Trump-ın əsgərləri Suriya və Əfqanıstandan çıxarmaq göstərişinə qarşı simvolik sənəd qəbul edib.

Fevralın 4-də qəbul olunmuş əlavədə deyilir ki, yaraqlı islamçı qruplar hələ də Birləşmiş Ştatlara təhdiddir.

Trump respublikaçıdır, Konqresin yuxarı palatası da respublikaçıların nəzarətindədir. Bu baxımdan həmin sənədin qəbulu böyük xarici siyasət məsələsi üzrə narazılığın gözəçarpan əlaməti sayılır.

70-26 səs fərqilə qəbul olunmuş düzəlişdə qeyd olunur ki, Suriya və Əfqanıstanda İslam Dövləti, eləcə də Al-Qaeda və Əfqanstan yaraqlılarına qarşı irəliləyiş əldə olunub. Amma xəbərdarlıq olunur ki, əsgərlərin çıxarılması regionda sabitsizlik yaradar, ortaya çıxacağı boşluğu İran və Rusiya doldura bilər.

Bu düzəliş Yaxın Şərqdə təhlükəsizliyə dair daha böyük qanunvericiliyin bir hissəsidir. Həmin sənəd hazırda demokratların nəzarətində olan Nümayəndələr Palatasında səsverməyə çıxarılmaq ərəfəsindədir.

Dövlət Departamentinin məlumatına görə, Suriyada 2 min, Əfqanıstanda isə 7 min ABŞ əsgəri var.

XS
SM
MD
LG