Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 16:45

Rusiyada kimya zavodu partlayıb


Yanğınsöndürənlər hadisə yerində

Rusiyanın şimal-qərbində Kinqisep şəhərində kimya zavodunda güclü partlayış olub, dörd nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Poliplast zavodunun ikimərtəbəli binası dağılıb. Bu şəhər Sankt Peterburqdan 140 km cənub-qərbdə yerləşir. Məlumatı Leninqrad Vilayətinin qubernatoru Aleksandr Drozdenko verib.

Drozdenko deyib ki, partlayışın alışan maddə dolu çəlləyin yanında işləyən yonucu aparatdan sıçrayan qığılcımlardan törəndiyi güman edilir.

Hadisə yerində xilasedicilər, polis, ətraf mühit qrupları işləyir, istintaq gedir.

Poliplast zavodu böyük sənaye kompleksinin bir hissəsidir və 185 nəfər işçisi var. Bu zavodda kimyəvi inqredyentlər hazırlanır.

Kinqisepdə 46 mindən çox əhali yaşayır, Estoniyayla sərhədə yaxın yerləşir.

XS
SM
MD
LG