Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 19:37

“Qızıl Qlobus”un qalibləri açıqlanıb


Rami Malek

Yanvarın 6-da “Qızıl Qlobus” mükafatının qalibləri bəlli olub.

“Bohemiya Rapsodiyası” ("Bohemian Rhapsody") ən yaxşı dram, “Yaşıl Kitab” isə ən yaxşı komediya elan olunub.

Britaniyanın əfsanəvi Queen rok qrupunun aparıcı üzvü Freddie Mercury rolunda çəkilmiş amerikalı aktyor Rami Malek ən yaxşı aktyor təsnifatında mükafata yiyələnib.

Rejissor Bryan Singer-in çəkdiyi bioqrafik film sürpriz qalib olub. O, Bradley Cooper-in “Ulduz doğulub” və Spike Lee-nin “BlacKkKlansman” filmlərini geridə qoyub.

“Yaşıl Kitab” komediya dramı 1960-cı illərdə qaradərili pianoçuyla onun ağdərili sürücüsünün dostluğundan bəhs edir. Bu film ən yaxşı komediya və ssenari üzrə “Qızıl Qlobus” alıb.

Mahershala Ali filmdəki roluna görə ən yaxşı ikinci dərəcəli aktyor kimi mükafata layiq görülüb.

Hollivud əfsanəsi Glenn Close “Arvad” filmindəki rolundakı roluna görə ən yaxşı aktrisa elan olunub.

Meksikalı rejissor Alfonso Cuaron-un “Roma” filmi xarici dildə ən yaxşı film və ən yaxşı rejissor işinə görə mükafata yiyələnib.

“Qızıl Qlobus” Kaliforniyadakı Beverly Hilton otelindən təqdim olunub.

XS
SM
MD
LG