Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 09:37

Həbsxanada işgəncə iddiaları araşdırılır


Yaroslavl həbsxanasında işgəncə videosu
Yaroslavl həbsxanasında işgəncə videosu

Rusiyada insan haqları qrupu bildirir ki, Yaroslavl regionunda daha bir həbsxanada “sistematik” döyülmə və işgəncə iddiaları araşdırılır.

İctimai Hökm qeyri-hökumət təşkilatı dekabrın 27-də bildirib ki, vəkili Irina Biryukova bir gün öncə məhkumların dindirilməsində iştirak edib. İstintaq Komitəsinin rəsmiləri Uqliç şəhərindəki 3 saylı islah koloniyasında işgəncədən şikayətlənmiş dörd məhkumu dindiriblər.

QHT-nin bildirməsinə görə, Aleksandr Kochergin adlı məhkum oktyabrın 24-də lüt soyundurularaq 50 dəfə oturub durmağa məcbur edildiyini və döyüldüyünü söyləyir.

Məhkumun sözlərinə görə, o, İİV (HIV) xəstəliyinə görə immunitetinin aşağı olduğunu desə də, onu döyməkdə davam ediblər, daha sonra pilləkənin altında yerləşən, oturub-durmaq mümkün olmayan, kiçik, qızdırılmayan kameraya salınıb.

MƏHKUM DƏFƏLƏRLƏ DÖYÜLÜB

“Hər iki mərtəbədəki məhkumlar qışqırmağa, qapıları döyməyə başlayandan sonra işgəncə davam edib”, – İctimai Hökm bəyanatında bildirib.

Irina Biryukova
Irina Biryukova

Nurali Nurovadlı başqa bir məhkumun isə 2016-cı ildən dəfələrlə döyüldüyü qeyd olunur.

Biryukova iş üzrə ümumilikdə 25 məhkumun qurban sayıldığını söyləyib.

O, təhqiqatın noyabrda başlandığını, məhkumların ondan ötən həftəsonu xəbər tutduğunu vurğulayıb.

İyulda elə həmin QHT Novaya Gazate-ya video ötürmüşdü. Videoda Yaroslavl həbsxanasında azı 17 nəzarətçinin bir məhkumu döydüyü görünürdü. Video böyük ictimai rezonans doğurub.

Hüquq-mühafizə orqanları həmin həbsxanada azı 12 nəzarətçinin saxlandığını bəyan edib.

Bu faktlar Rusiyada məhkumlara qarşı işgəncə iddialarını diqqət mərkəzinə gətirdi.

Federal Penitensiar Xidmətin sədr müavini Valery Maksimenko deyib ki, ölkəyə cinayətlərdə təqsirli bilinən polis əməkdaşları, həbsxana nəzarətçiləri və hüquq-mühafizə orqanları əməkdaşlarını yerləşdirməyə daha çox həbsxana lazımdır.

XS
SM
MD
LG