Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Avqust, çərşənbə, Bakı vaxtı 14:38

Kabildə azı 29 nəfər öldürülüb


Polislər hadisə yerində

Əfqanıstan paytaxtı Kabilin şərq hissəsində yaraqlılar hökumət binalarına hücum edib, azı 29 nəfər öldürülüb.

Daxili İşlər Nazirliyinin sözçüsü Nasrat Rahimi deyib ki, səkkiz saatlıq döyüşdən sonra 350 işçi xilas edilib. Silahlılar İctimai İşlər Nazirliyi və digər hökumət agentliklərinə hücum ediblər.

Rahimi təhlükəsizlik qüvvələrinin hücum edənlərdən üçünü öldürdüyünü bildirib. Binanın girişində partlayış törətmiş intiharçı da həlak olub.

Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb. Ancaq əvvəllər oxşar hücumlara görə Taliban, yaxud İslam Dövləti (İŞİD) yaraqlıları günahlandırılıb.

Kabil polisinin sözçüsü Basir Mujahid ölənlər içində azı bir polis əməkdaşının olduğunu da deyib. Onun sözlərinə görə, 20 nəfər yaralanıb.

Yanvardan bəri Kabildə 22 belə hücum törədilib. Bu hücumlarda 500-dən çox adam həlak olub, mindən çoxu yaralanıb.

XS
SM
MD
LG