Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 14:11

“Reuters” müxbirlərinin şikayətinə baxılır


"Reuters" jurnalistlərinin buraxılmasını tələb edirlər

Dekabrın 24-də Birmada (Myanma) məhkəmə “Reuters” informasiya agentliyinin iki əməkdaşının şikayətinə baxmağa başlayıb. Jurnalistlər təhlükəsizlik əməliyyatlarına dair məxfi informasiya əldə etməkdə təqsirli biliniblər.

32 yaşlı Wa Lone və 28 yaşlı Kyaw Soe Oo 2017-ci ilin dekabrında həbs olunublar və sentyabrda dövlət sirrinə sahiblənməkdə təqsirli bilinərək yeddi illik həbsə məhkum ediliblər.

Bugünkü məhkəmədə vəkillər və ittiham tərəfi bir saatdan çox müddət ərzində arqumentlərini səsləndiriblər. Məhkəmədə qeyri-müəyyən vaxtadək fasilə elan olunub.

Jurnalistlər Birma ordusunun üsyançılara qarşı kampaniyasını xəbərləyiblər. Həmin əməliyyatlar nəticəsində 700 min rohinca müsəlmanı Banqladeşə qaçıb.

Birmanın de-fakto lideri Aung San Suu Kyi deyib ki, bu iki şəxs jurnalist fəaliyyətinə görə deyil, qanunu pozduqlarına görə məhkum ediliblər.

Reuters ittihamlarla razılaşmır, beynəlxalq qurumlar, Qərb hökumətləri jurnalistləri dərhal buraxmağa çağırıb.

Jurnalistlər iddia edirlər ki, hərbi əməliyyatlar zamanı 10 rohinca müsəlmanın qətlini araşdırmağa başlayandan sonra həbs olunublar.

XS
SM
MD
LG