Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 01:16

Vərəsələr polisə çağırıldıqlarını deyirlər


Polis Qarabağda həlak olanların yaxınlarına qarşı
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00

Polis Qarabağda həlak olanların yaxınlarına qarşı

Qarabağ uğurunda döyüşlərdə həlak olan hərbi qulluqçuların yaxınlarından birdəfəlik müavinətlə bağlı şikayətlənənlərdən bəziləri polisə çağırıldıqlarını deyirlər.

Bu haqda onların özləri məlumat veriblər.

Vərəsələrdən Sevinc Quluzadə yaşayış ünvanı üzrə Sabunçu Rayon Polis İdarəsinə çağırıldığını bildirib.

S.Quluzadənin sözlərinə görə, ona bu gün, dekabrın 18-də zəng edilib, təcili polisə gəlməsi istənilib. İdarəyə getdiyini deyən vərəsənin sözlərinə görə, onu idarə rəhbərliyi qəbul edib.

«Məni rəis müavini qəbul etdi. Məni ikinci dəfə idi ki, polisə çağırırdılar. Soruşdum ki, mən «qanpulu» ( 11 min manat müavinət-r) ilə bağlı məhkəməyə müraciət etmişəm, siz məni təkrar niyə çağırmısınız? O dedi ki, sadəcə, söhbətə çağırmışıq. Mənə bizdən istifadə edildiyini bildirdi, məsləhət verdi ki, probleminizin həlli üçün hüquqi yollardan istifadə edək. Bildirdi ki, «vəkillərinizlə görüşün, problemi onların vasitəsi ilə həll edin»», - S.Quluzadə deyib.

Sabunçu rayonunda yaşayan başqa bir neçə vərəsənin də bu gün, dekabrın 18-də polisə çağırıldığı bildirilir.

Vərəsələrdən S.Quluzadənin bu açıqlamasına Sabunçu Rayon Polis İdarəsi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Vərəsələr bu gün, dekabrın 18-də Şəhidlər Xiyabanına toplaşıb. Onlar ağızlarına üzərinə «sus» sözü yazılmış qara maska keçiriblər.

Qarabağ uğurunda döyüşlərdə həlak olan hərbi qulluqçuların yaxınları dekabrın 11-də Prezident Administrasiyası önünə toplaşan vərəsələrdən Toğrul Qocayevin həbsinə etiraz ediblər.

Polisin qanuni tələbini yerinə yetirməməkdə günahlandırılan T.Qocayev 30 sutka inzibati həbs alıb. Daha sonra Apellyasiya Məhkəməsi onun cəzasını 15 gün azaldıb.

Nazirlikdən son açıqlama: Hələlik 3 min 856 vərəsəyə...

Artıq 2 min 897 hərbi qulluqçu üzrə 3 min 856 vərəsəyə birdəfəlik ödəmənin verilməsindən ötrü qərarlar qəbul olunub və onlara müvafiq ödəniş həyata keçirilir.

Bununla bağlı bu gün, dekabrın 18-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Məlumata görə, nazirlikdə keçirilmiş iclasda hərbi qulluqçulardan daha 263-ü üzrə 423 vərəsəyə birdəfəlik ödəmənin verilməsi qərara alınıb.

«Artıq 2 min 897 şəhid hərbi qulluqçu üzrə 3 min 856 vərəsəyə birdəfəlik ödəmənin verilməsi üçün qərarlar qəbul olunub», - nazirlik bildirib.

Nazirlik daha əvvəl bəyan etmişdi ki, komissiya həlak olmuş hərbi qulluqçulardan ümumilikdə 9 min 531 nəfərin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququnu müəyyənləşdirib. Proses davam edir.

Xatırlatma

Prezident İ.Əliyev bu il aprelin 19-da 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğurunda döyüşlərdə həlak olan hərbi qulluqçuların vərəsələrinə 11 min manat ödənilməsi barədə fərman imzalayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi oktyabrın 9-dan sənədlərin qəbuluna başlayıb. Ancaq bəzi vərəsələr fərmanın icrasından narazılıq edirlər. Onlar son aylar dəfələrlə Şəhidlər Xiyabanına, Milli Məclisin və Prezident Administrasiyasının önünə toplaşaraq şikayətlərini dilə gətiriblər. Fərmanın onlara aid edilmədiyini bildirən narazılara məhkəməyə üz tutmaq tövsiyə edilib.

Dövlət Sığorta Kommersiya Şirkəti (Azərsığorta) isə bildirib ki, onlara ödəniş daha əvvəl edilib: «Varislərə 50000 – 200000 manat sığorta ödənişi həyata keçirilib...».

Multimedia

XS
SM
MD
LG