Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:44

Dağətəyi rayonlarda qar gözlənir


Qar

Dekabrın 18-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 6-8 dərəcə isti proqnozlaşdırılır.

Dekabrın 18-də Azərbaycanın rayonlarında da arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənir. Gecə 2-5, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təxmin edilir.

Tibbi-meteoroloji proqnoz

Nazirlik bildirir ki, dekabrın 18-i və 19-da Abşeron yarımadasında rütubətli hava şəraiti əksər meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Multimedia

XS
SM
MD
LG