Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Mart, çərşənbə, Bakı vaxtı 18:19

Birma rohinca böhranında ‘soyqırımı törədib’


Banqladeşdə rohinca qaçqın oğlan

ABŞ Nümayəndələr Palatası Birma hakimiyyətinin Rohinca müsəlman azlığına qarşı hərəkətlərini “soyqırımı” və “bəşəriyyətə qarşı cinayət” adlandırdığı qətnamə qəbul edib.

Palata dekabrın 13-də Dövlət Departamentini çağırıb ki, son qərarını versin, rohincalara qarşı hərəkətlərə görə məsuliyyət daşıyanlara sanksiyalar tətbiq eləsin.

Qətnaməyə hər iki partiyadan 394 səs verilib. Bir respublikaçı sənədə qarşı çıxıb.

Bundan öncə BMT yüzminlərlə rohincanın evlərindən çıxarılmasını “genosid” adlandırmışdı.

2017-ci ilin avqustundan Birmanın qərbindəki Raxin ştatında ordunun yol verdiyi zorakılıqdan dolayı 700 minədək rohinca Banqladeşə qaçıb.

Əsasən buddistlərin yaşadığı Birma (Myanma) etnik təmizləmə iddialarını rədd edir, təhlükəsizlik qüvvələrinin dinc sakinləri deyil, yaraqlıları hədəfə aldığını deyir.

Nümayəndələr Palatası böhranı işıqlandırdığına görə saxlanmış “Reuters”in iki jurnalistini də dərhal azadlığa buraxmağa çağırıb.

Qətnamədə Birmada saxlanmış digər siyasi məhbusları buraxmaq çağırışı da yer alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG