Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 14:31

İdmançılara 25 mənzil veriləcək


İ.Əliyev

«Rayonlarda 44 Olimpiya İdman Mərkəzi tikilib və fəaliyyət göstərir. Bu il bir mərkəz tikilib, gələn il isə üç Olimpiya İdman Mərkəzinin tikintisi nəzərdə tutulur. Beləliklə, onların sayı 47-yə çatacaqdır».

AZƏRTAC-ın xəbərinə görə, prezident İlham Əliyev dekabrın 13-də 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışında belə deyib.

Prezident qeyd edib ki, o, 21 ildir Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti kimi həmişə idmançılara qayğı, diqqət göstərməyə çalışıb: «Əlbəttə ki, hər bir nəticə, hər bir uğur gərək qiymətləndirilsin. Ənənəvi olaraq, biz ilin sonunda idmançıları yüksək dövlət mükafatları ilə, pul mükafatları ilə və mənzillərlə mükafatlandırırıq. Bu il də bu mükafatlar verilir, o cümlədən görkəmli idman nümayəndələrimizə 25 mənzil veriləcəkdir».

«Report» agentliyinin xəbərinə görə isə, prezident həmin çıxışında ilin nəticələrinə də toxunub: «Bu il idmançılarımız tərəfindən dünya, Avropa çempionatlarında və digər beynəlxalq yarışlarda 800-ə yaxın medal, o cümlədən 263 qızıl medal əldə edilmişdir. Bu, böyük nəticədir, böyük qələbədir».

«Münaqişənin həlli üçün əlverişli şərait yaranıb»

Prezident Dağlıq Qarabağ münaqişəsindən də bəhs edib.

«Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb. Bir çox amillər bunu deməyə əsas verir», - deyə o qeyd edib.

Prezident vurğulayıb ki, Azərbaycanın potensialı, iqtisadi, hərbi, siyasi gücü, beynəlxalq mövqeləri bunu deməyə əsas verir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Multimedia

XS
SM
MD
LG