Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:36

Ukrayna polisi Rusiya Pravoslav kilsələrini axtarıb


Kiyevdə monastır

Ukrayna polisi bir neçə şəhərdə Rusiya Pravoslav kilsələrində və pravoslav keşişlərin evlərində axtarış aparıb.

Axtarışlar dekabrın 3-də Kiyevdə və qonşu Jitomir regionunda, nifrət və zorakılığın qızışdırılması üzrə açılmış cinayət işi çərçivəsində aparılıb. Bunu polis bəyanatında bildirib.

Polisin sözçüsü “Frans Pres” agentliyinə deyib ki, təhlükəsizlik qüvvələri Pravoslav Kilsəsinin Rusiya qanadına sadiq keşişlərin evlərini axtarır.

Rusiya Pravoslav Kilsəsi bir gün öncə bildirmişdi ki, Ukraynanın əsas təhlükəsizlik xidməti olan SBU 20-dən artıq pravoslav keşişi dindirib.

Pravoslav Xristianlığın İstanbulda yerləşən təşkilatı Ukrayna Pravoslav Kilsəsinə müstəqillik verib, onu Moskvadakı Rusiya kilsəsinin nəzarətindən azad edib.

Rusiya kilsəsi bu addıma qarşı çıxıb.

Kilsələrə, monastırlara və tarixi əmlaka sahibliklə bağlı iki ölkə arasında gərginlik artmaqdadır.

XS
SM
MD
LG