Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:26

Türkmənistanla 21 sənəd imzalanıb


Görüş

Noyabrın 22-də Azərbaycan və Türkmənistan prezidentlərinin geniş tərkibdə görüşü başa çatdıqdan sonra iki ölkə arasında sənədlər imzalanıb.

Rəsmilər Azərbaycanla Türkmənistan arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişi razılaşdırıblar. Tərəflər habelə, sənaye, nəqliyyat, ticarət, elm, təhsil, mədəniyyət və başqa sahələr üzrə də əməkdaşlığa dair bir sıra sənədlər imzalayıblar.

Azərbaycan və Türkmənistan prezidentləri görüşüb

Bu gün, noyabrın 22-də Azərbaycan prezidenti İlham Əliyevin Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov ilə təkbətək və geniş tərkibdə görüşü olub.

Bu barədə AZƏRTAC xəbər yayıb. Xəbərə görə, dövlət başçıları mətbuata açıqlamalarında bildiriblər ki, onlar ölkələri arasında ikitərəfli və regional əməkdaşlığa böyük əhəmiyyət verirlər.

Azərbaycan prezidenti dünən, noyabrın 21-də Türkmənistana səfər edib. O, həmin gün Aşqabadda Olimpiya Kompleksi və milli xalça muzeyi ilə tanış olub.

Habelə, Türkmənistan paytaxtında «Əbədi şöhrət» abidəsinin önünə əklil qoyan İ.Əliyev «Vətən müqəddəsliyi» muzeyinə də baş çəkib.

Multimedia

XS
SM
MD
LG