Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 09:00

Bosniya prezidentliyinin başına serb millətçi keçir


Seçki plakatları: Milorad Dodik (yuxarıda), Sefik Dzaferovic (aşağıdan sağda) və Zeljko Komsic (aşağıda solda)

Bosniya-Herseqovinanın üçhissəli prezidentliyinin başına serb millətçi Milorad Dodik keçir.

Bu ölkənin prezidentləri hər 8 aydan bir rotasiya ilə dəyişir. Bu, 1990-cı illərdə ölkəni dağıtmış müharibəni bitirmiş sülh razılaşmasına daxildir. Razılaşmaya görə, hakimiyyət üç əsas qrup – Bosniya müsəlmanları, serblər və xorvatlar arasında bölünüb.

Oktyabrda keçirilən seçkidə ilk iki icmanı təmsil etməyə millətçilər seçilib.

Rusiyapərəst siyasətçi Dodik noyabrın 20-də and içəcək. O, Birləşmiş Ştatların tətbiq etdiyi iqtisadi sanksiyalar altındadır.

Bosniya müsəlmanlarının prezidenti Sefik Dzaferovic və xorvatların prezidenti Zeljko Komsic də and içəcəklər.

Bu seçkidən sonra bosniyalılar elə də böyük dəyişikliklər gözləmirlər. Seçki müsəlman və serb rəsmilər arasında gərginliyi üzə çıxarıb.

Hazırda Bosniya bir yol ayrıcındadır: Avropa Birliyi və NATO ilə münasibətləri dərinləşdirsinmi, yoxsa bu yoldan dönərək əks istiqamətə yönəlsin.

XS
SM
MD
LG