Keçid linkləri

Təcili xəbərlər
2020, 19 Sentyabr, şənbə, Bakı vaxtı 18:41

Yollarda duman, çiskin ola bilər


Duman

Noyabrın 15-də Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi təxmin edilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 6-9, gündüz 10-13, Bakıda gecə 6-8, gündüz 11-13 dərəcə isti proqnozlaşdırılır.

Noyabrın 15-də Azərbaycanın rayonlarında isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənir. Səhər ayrı-ayrı yerlərdə duman olacağı ehtimalı var. Gecə 3-8, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti təxmin edilir.

Multimedia

XS
SM
MD
LG