Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Sentyabr, çərşənbə, Bakı vaxtı 04:01

İstefada olan zabit Rusiya üçün casusluqda şübhəli bilinir


Sebastian Kurz və Rusiya Prezidenti Vladimir Putin Avstriyada, avqust, 2018-ci il

Avstriya bildirir ki, bu yaxınlarda istefa vermiş ordu zabiti 20 il ərzində Rusiya üçün casusluq etməkdə şübhəli bilinir. Bunu Avstriyanın kansleri Sebastian Kurz noyabrın 9-da deyib.

Bu insidentdən dolayı Vyana Avstriya xarici işlər nazirinin gələn ay Moskvaya planlaşdırılan səfərini təxirə salıb.

“Rusiyadan şəffaf informasiya tələb edirik”, – deyən Kurz əlavə edib ki, hazırda Vyanadakı səfirliyə cavabdeh rusiyalı diplomat Avstriya Xarici İşlər Nazirliyinə çağrılıb.

“Bu şübhə təsdiqlənərsə, Niderlandda, yaxud Avstriyada baş verməsindən asılı olmayaraq, Rusiyayla Avropa Birliyinin münasibətlərini yaxşılaşdırmır”, – Kurz deyib.

Kurz apreldə dörd rusiyalı agentin Niderlanddan qovulmasını nəzərdə tutub. Onların Haaqada dünyada kimyəvi silahlara nəzarət edən agentliyə kiberhücum planlaşdırdığı iddia olunub.

“Avropada Rusiya üçün casusluq qəbuledilməzdir və pislənməlidir”, – Kurz deyib.

Avstriya Moskvayla sıx diplomatik münasibətlər qurmuş azsaylı Avropa ölkələrindəndir.

Rusiyanın Ukraynadakı hərəkətləri, Britaniyada rusiyalı keçmiş casus Sergei Skripal və qızının zəhərlənməsindən sonra Moskvaya sanksiyalar tətbiq olunub.

XS
SM
MD
LG