Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 20:42

Facebook Rusiyaya bağlı əlavə hesabları bağlayır


Facebook əməkdaşları

Facebook sosial şəbəkəsi ABŞ-da konqres seçkisi zamanı Rusiyaya bağlı daha çox hesabı qapatdığını bildirir. Seçkidə demokratlar Nümayəndələr Palatasında üstünlüyü ələ alıblar, respublikaçılar isə Senatda çoxluğu saxlayıblar.

Sosial şəbəkənin noyabrın 7-də bildirməsinə görə, Rusiyanın Sankt Peterburq şəhərində yerləşən İnternet Araşdırmaları Agentliyi adlı troll fabriki yaratdığı Instagram hesablarının siyahısını yayıb.

“Biz artıq həmin hesabların çoxunu bağlamışdıq və sonra qalanları da qapatdıq”, – Facebook-da kibertəhlükəsizlik siyasət rəhbəri Nathaniel Gleicher deyib, amma qapadılmış hesabların sayını açıqlamayıb.

Seçki öncəsi şirkət 115 Facebook və Instagram hesabını bağlamışdı, onların xarici quruma bağlı şübhəli davranış sərgilədiyi bildirilirdi.

Ancaq pozulmuş hesabların Rusiyanın sözügedən qurumuna bağlılığı hələ müəyyənləşdirilməlidir.

Ümumiyyətlə isə, ABŞ-da 6 noyabr seçkisi öncəsi Facebook və Twitter Rusiya, İran və digər oyunçuların nüfuz əməliyyatları ilə əlaqəsi olan milyonlarla postu pozub, yüzlərlə hesabı bağlayıb.

Bu sosial media şəbəkələri 2016-cı il prezident seçkisinə xarici müdaxiləni cəhdlərini əngəlləyə bilmədiyinə görə geniş tənqid olunmuşdu.

XS
SM
MD
LG