Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 08:50

ABŞ və Cənubi Koreya birgə təlim keçirir


Kim Jong Un Pxenyanda Mike Pompeo ilə görüşür, 7 oktyabr, 2018-ci il

Noyabrln 5-də Birləşmiş Ştatlar və Cənubi Koreya kiçikmiqyaslı hərbi təlimlərə başlayıb.

Bu təlimlər ABŞ Dövlət katibi Mike Pompeo-nun Nyu Yorkda Şimali Koreya rəsmiləri ilə planlaşdırılan danışıqlarından öncəyə təsadüf edir.

İyunda daha böyük manevrlər təxirə salınmışdı. Çünki Prezident Donald Trump Şimali Koreya lideri Kim Jong Un-la Sinqapur görüşündən sonra bu təlimləri ertələmək vədi vermişdi.

Hazırkı təlimlərdə 500-dək ABŞ və Cənubi Koreya dəniz piyadası iştirak edir.

Pompeo noyabrın 4-də CBS TV-yə müsahibəsində deyib ki, bir neçə günə şimali koreyalı həmkarı Kim Yong Chol-la görüşəcək, Birləşmiş Ştatların Pxenyanın nüvəsizləşdirilməsinə dair tələblərini müzakirə edəcək.

XS
SM
MD
LG