Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:52

Misir 19 yaraqlının öldürüldüyünü bildirir


Misir ordusunun əsgərləri, arxiv fotosu

Misir təhlükəsizlik qüvvələrinin 19 yaraqlını öldürdüyünü bildirir. Onların səhradakı monastıra ziyarətə gedən kopt xristian zəvvarlara hücuma görə məsuliyyət daşıdığı qeyd edilir.

Daxili İşlər Nazirliyinin noyabrın 4-də bildirməsinə görə, təhlükəsizlik qüvvələri yaraqlıları Minya vilayətində qərbdə yerləşən səhrada izləyiblər. Noyabrın 2-də burada zəvvarlara hücum olunmuş, yeddi nəfər öldürülmüş, 19 nəfər yaralanmışdı.

Nazirlik yaraqlıların atışma zamanı öldürüldüyünü bildirir. Ancaq hökumət qüvvələrinin neçə nəfər itki verdiyi açıqlanmayıb.

Zəvvarlara hücuma görə məsuliyyəti İslam Dövləti (İŞİD) silahlı qruplaşması üzərinə götürüb, amma ortaya dəlil qoymayıb.

İndiyədək Misirdə kopt xristian icmasına bir neçə hücuma görə İŞİD və qanadları məsuliyyəti götürüb. Koptlar burada 2 min ildir yaşayır və ölkə əhalisinin 6-10 faizini təşkil edir.

Apreldə ölkənin hərbi məhkəməsi kopt xristian kilsələrə üç hücuma görə 36 nəfəri ölüm cəzasına məhkum edib.

XS
SM
MD
LG