Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:05

Küfr ittihamlarından bəraət almış qadın Pakistandan çıxacaq


Tehreek-e-Labaik Pakistan (TLP) etiraz yürüşü keçirir

Pakistan küfr ittihamlarından bəraət almış xristian qadını azad edib. Ali Məhkəmənin dünən – oktyabrın 31-də çıxardığı bu qərar islamçıları qəzəbləndirib, onlar ölüm təhdidləri səsləndiriblər.

Asia Bibi azad olunandan sonra naməlum məkana aparılıb, vəkili onun ölkəni tezliklə tərk edəcəyini bildirib. Fransa və İspaniya artıq 54 yaşlı, beş uşaq anası olan bu qadına sığınacaq təklif ediblər.

Qadın Məhəmməd peyğəmbəri təhqir etməkdə təqsirli bilinmiş, 2010-cu ildə ölümə məhkum edilmişdi. Ali Məhkəmənin dünən həmin qərarı ləğv etməsini insan haqları fəalları “tarixi hökm” adlandırıblar.

İslamçı Tehrik-e Labaik Pakistan (TLP) partiyası isə böyük şəhərlərdə yolları bağlayıb, ölüm cəzasının çıxarıldığı Lahorda polisi daşa tutub. Partiya Baş nazir Imran Khan hökumətini istefaya çağırıb.

Khan isə televiziyayla çıxışında sakitliyə çağırıb.

Bibinin vəkili də ölüm təhdidləri səbəbindən Pakistandan gedəcəyini açıqlayıb. ƏTRAFLI

XS
SM
MD
LG