Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:50

Pakistanda küfrdə suçlanan qadın asılmayacaq


Radikal dini qruplar Asia Bibiyə qarşı etiraz aksiyası keçirir, 12 oktyabr, 2018-ci il
Radikal dini qruplar Asia Bibiyə qarşı etiraz aksiyası keçirir, 12 oktyabr, 2018-ci il

Pakistan Ali Məhkəməsi küfrdə suçlanan xristian qadına qarşı edama cəzasını ləğv edib. Bu iş beynəlxalq ictimaiyyətin diqqətini çəkmiş, ölkədə zorakılığa səbəb olmuşdu.

Baş hakim Saqib Nisar Lahor Ali Məhkəməsinin hökmünü ləğv edib. Dörd uşaq anası olan Asia Bibi Məhəmməd peyğəmbəri təhqir etdiyinə görə 2010-cu ildə ölümə məhkum edilmişdi.

Məhkəmə Bibinin azad olunmasına qərar verib. O, hazırda təhlükəsizlik səbəblərindən açıqlanmayan yerdə saxlanır.

Qadının ölümə məhkum edilməsi dünya xristianlarını qəzəbləndirmişdi. Amma bugünkü qərarın da Pakistandakı islamçıları narazı salacağı gözlənir. Onlar məhkəmə qadını azad edərsə, ölkəboyu etirazlar keçirəcəklərini deyirdilər.

Asia Bibi məhkəmədə, 2010-cu il
Asia Bibi məhkəmədə, 2010-cu il

Sərt xətt tərəfdarı olan islamçı Tehrik-e Labaik partiyası və ardıcılları qadının edamını tələb edirdilər. 2011-ci ildə onu dəstəklədiklərinə görə bir vali və azlıqlar üzrə nazir qətlə yetirilib.

İNDİYƏDƏK EDAM EDİLƏN OLMAYIB

Pakistanda islam dininin təhqirinə görə ölüm cəzası kəsilir, hətta azacıq küfr belə daşqalaqla sonuclana bilər. Ancaq indiyədək bu günahda suçlanan kimsə edam olunmayıb.

Bibi 2010-cu ildə Puncab vilayət məhkəməsi tərəfindən məhkum olunub. Onun fermada işləyərkən müsəlman qadınlarla mübahisə zamanı küfr etdiyi iddia olunur.

Küfrdə ittiham olunaraq sonradan azad edilənlər təhlükəsizliklərinə görə ölkədən qaçmalı olurlar. Uyğun qanunvericiliyə dəyişiklik istəyən hüquqşünaslar, hakimlər də təhdid olunur, bəzən öldürülür.

1987-2016-cı illər ərzində bu qanunlar çərçivəsində azı 1472 nəfərə ittihamlar irəli sürüldüyü bildirilir.

Lahorda mənzillənən Sosial Ədalət Mərkəzinin bildirməsinə görə, bu maddələrlə təqib olunanların çoxu müsəlmanlardır, onlardan sonra əhmədi, xristian və hindu azlıqları üzvləri gəlir.

Hüquq müdafiə qrupları bildirirlər ki, dini ekstremistlər və sıravi pakistanlılar şəxsi haqq-hesabları üçün bu qanunlardan getdikcə daha çox istifadə edirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG