Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 20:44

İlqar Məmmədova bəraət istənilir


İ.Məmmədov

REAL Partiyasının lideri İlqar Məmmədov barəsində Şəki Apellyasiya Məhkəməsinin çıxardığı qərardan kassasiya şikayəti verilib.

Bu haqda siyasətçinin vəkili Fuad Ağayev məlumat yayıb.

Vəkilin bildirməsinə görə, şikayət Ali Məhkəməyə təqdim edilib.

Şikayətdə İ.Məmmədov barəsində apellyasiya instansiyasının qərarının ləğv olunması, siyasətçiyə tam bəraət verilməsi istənilir.

Ali Məhkəmənin şikayətə nə vaxt baxacağı, hələlik, bəlli deyil.

REAL Partiyası da bundan əvvəl İ.Məmmədova tam bəraət verilməsinin vacib olduğunu açıqlayıb.

Partiya hesab edir ki, bəraət verilməsini Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) və Avropa Şurası Nazirlər Komitəsinin qərarları da tələb edir.

Xatırlatma

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə əlaqədar kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

AİHM onun iki şikayətini təmin edib. Məhkəmə hələ 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Həmin qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdi. Ancaq Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. AİHM İ.Məmmədovla bağlı ötən ilin noyabrında verdiyi ikinci qərarda isə İnsan Hüquqları və Söz Azadlığı haqqında Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin pozulduğunu müəyyən etdiyini vurğulayıb. Bundan sonra Ali Məhkəmənin plenumu bu işə yenidən baxaraq, onu təkrar Şəki Apellyasiya Məhkəməsinə göndərmişdi. Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə bu il avqustun 13-də İ.Məmmədov azadlığa buraxılıb. O, 2 il sınaq müddəti şərti ilə azadlığa çıxıb.

Multimedia

XS
SM
MD
LG