Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 14:11

Gömrükdə 26 manat rüşvət iddiası ilə işdən çıxarıldı


Gömrük. Foto arxiv

Şimal Ərazi Baş Gömrük İdarəsi «Samur» gömrük postunun baş müfəttişi Davud Qəhrəmanov qulluq mövqeyindən sui-istifadədə günahlandırılır.

Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) oktyabrın 31-də məlumat yayıb.

Komitənin məlumatına görə, sui-istifadə halı postun yüngül minik nəqliyyat vasitələrindən ötrü nəzərdə tutulan idxal xəttində baş verib: «Belə ki, o, «Toyota Camry» markalı M 720 OX 43 dövlət nömrə nişanlı minik avtomobili ilə ölkə ərazisinə gələn Rusiya Federasiyasının vətəndaşı Fəqan Baxışzadəyə gətirdiyi yuyucu tozun şəxsi istifadə üçün qanunvericiliklə nəzərdə tutulmuş normadan artıq olduğunu bildirərək vətəndaşı aldadıb».

Məlumatda iddia olunur ki, D.Qəhrəmanov həmin malın ölkə ərazisinə buraxılması əvəzində vətəndaşdan 1000 Rusiya rublu almaq barədə qanunsuz göstəriş verib.

«Vətəndaşdan qeyri-qanuni yolla alınan pul vəsaitindən 500 Rusiya rublunu özünə götürüb, bununla da xidməti vəzifəsinin icrasına səhlənkar yanaşaraq, əmək vəzifələrini kobud şəkildə pozub. Bu səbəbdən Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmri ilə Şimal Ərazi Baş Gömrük İdarəsi «Samur» gömrük postunun baş müfəttişi Davud Qəhrəmanov Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən, tutduğu vəzifədən azad edilib. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilib və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğuna göndərilib», - məlumatda vurğulanır.

Hələlik, rəsmi açıqlamaya D.Qəhrəmanovdan münasibət almaq mümkün olmayıb. Onun ittihama münasibəti açıqlanmır.

1000 rubl 15 dollar 20 sent və ya 26 manata yaxın bir məbləğ təşkil edir. 500 rubl isə 13 manatdan da azdır.

Azərbaycanda Dövlət Gömrük Komitəsi haqqında tez-tez tənqidi fikirlər səslənir. Xüsusilə bu qurum monopoliyada günahlandırılır. Hərçənd, qurum rəsmilərinin özləri bu tənqidi qəbul etmirlər.

Multimedia

XS
SM
MD
LG