Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:35

BMT İranla bağlı silah məsələsini araşdırır


Yəmənli xəstə körpə, arxiv fotosu

BMT müfəttişləri Yəmən sahillərində ABŞ gəmisi tərəfindən saxlanmış silahların İrandan, yaxud Somalidən gəldiyini araşdırır. Söhbət 2500 AK-47 avtomatı və digər silahlardan gedir.

Birləşmiş Ştatların bildirməsinə görə, oktyabrın 25-də gəmiyə BMT müfəttişləri dəvət olunub. İndi bu silahların İranın Yəmən hökumətinə qarşı savaşan şiə husi üsyançılarına silah verməsinin sübutu olun-olmaması araşdırılır.

İran Yəməndə dörd ildir gedən vətəndaş müharibəsində husilərə silah vermədiyini deyir.

BMT İranın husilərə qanunsuz olaraq silah verdiyini dəfələrlə səsləndirib, BMT qətnamələrini pozduğunu deyib.

İndiyədək Yəmən sahillərində keşik çəkən ABŞ qüvvələri az sayda silah ələ keçiriblər.

Silahları təftiş edən BMT müfəttişlərinin İran, Yəmən və Somalidən qanunsuz silahlar üzrə ekspertlər olduqları bildirilir.

XS
SM
MD
LG