Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 22:10

15 sığortaçının lisenziyası ləğv olunub


'Evimi sığorta etdirmək ağlıma gəlməyib' [Sorğu]
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

'Evimi sığorta etdirmək ağlıma gəlməyib' [Sorğu]

2 sığorta şirkətinin və 13 nəfər sığorta agentinin lisenziyaları ləğv edilib.

8 nəfərə isə yeni lisenziyalar verilib.

Bu haqda Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) bu gün, oktyabrın 18-də yayılan press-relizində bildirilir. Qərarı qurumun İdarə Heyəti verib.

Məlumata görə, «İpək Yolu Sığorta» Açıq Səhmdar Cəmiyyəti (ASC), «Azərbaycan Sənaye Sığorta» ASC və 5 nəfər sığorta agentinə verilmiş lisenziyalar onların özlərinin müraciətləri əsasında ləğv edilib.

8 fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaların isə onların qanunvericiliyə əməl etməməsinə görə ləğv olunduğu bildirilir. Onların adı çəkilmir və bu qərara münasibətləri bəlli deyil.

Palata bildirir ki, həmin sığortaçıların lisenziyaları 3 (üç) ay müddətinə dayandırılmışdı. Lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən hallar aradan qaldırılmadığından bu dəfə daha sərt qərar qəbul olunub.

Palatanın İdarə Heyəti həmçinin, attestasiyadan müvəffəqiyyətlə keçdiyi bildirilən 8 nəfər sığorta agentinə lisenziyalar verib.

Xatırlatma

2016-cı ildən etibarən bəzi hüquqi və fiziki şəxslərin sığorta vasitəçisi kimi lisenziyalarının ləğv edilməsi haqqında qərarlar daha tez-tez eşidilir. Bu, 2014 və 2015-ci illərdə neftin qiymətinin kəskin ucuzlaşmasından sonra onların maliyyə imkanlarının zəifləməsi ilə izah edilirdi. Hərçənd, bu ildən neftin qiymətində yenidən ciddi artım baş verib.

Multimedia

XS
SM
MD
LG