Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 19:51

Rusiyadan Azərbaycana turist sayı açıqlanıb


Azərbaycanda turist var, otel qıtdır
Gözlə

No media source currently available

0:00 0:01:42 0:00

Azərbaycanda turist var, otel qıtdır

Sentyabrın 27-də Bakı Biznes Mərkəzində IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində «Turizm sahəsində əməkdaşlığın inkişafı» mövzusunda dəyirmi masa işinə başlayıb.

AZƏRTAC-ın məlumatına görə, Azərbaycan tərəfdən tədbirin moderatoru Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevdir. Rusiya tərəfdən isə iclası Federal Turizm Agentliyinin rəhbəri Oleq Safonov aparır.

F.Nağıyev son zamanlar Azərbaycanda turizmin inkişafından, bu sahədə qəbul edilən rəsmi sənədlərdən danışıb. Deyib ki, təkcə bu ilin ilk yarısında Rusiyadan Azərbaycana 600 mindən çox turist gəlib.

«Hazırda turizm dünyada iqtisadiyyatın artmasında rol oynayan önəmli faktordur. Ötən il dünya üzrə 1.3 milyard səfər həyata keçirilib. Rusiya ilə Azərbaycan arasında turizm münasibətlərinin yüksələn dinamika ilə inkişaf etməsi bizi çox sevindirir. 2016-cı il illə müqayisədə 2017-ci ildə Rusiyadan Azərbaycana turist səfərlər 17 faiz artıb», - deyə O.Safonov qeyd edib.

Multimedia

XS
SM
MD
LG