Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 13:42

İranda yol qəzasında azı 21 nəfər həlak olub


İranda qəza, arxiv fotosu

İranın mərkəzində avtobusla yanacaq tankeri toqquşub, azı 21 nəfər həlak olub, 20 nəfər yaralanıb.

Hadisə sentyabrın 17-də axşam Kaşan və Natanz şəhərləri arasındakı magistral yolda, paytaxt Tehrandan 200 km cənubda baş verib.

“Tanker yana əyilib, avtobusa dəyib, partlayış və yanğın baş verib”, – yol polisi rəisi, general Mohammad-Hossein Hamidi deyib.

Dövlət televiziyasının yayımladığı kadrlarda yanğınsöndürənlər hadisə yerində işləyir, xilasedicilər yaralıları xəstəxanaya daşıyır.

Avtobus Tehrandan 1000 kilometr cənub-şərqdə yerləşən Kerman şəhərinə sərnişin daşıyırmış.

İran dünyada qol qəzalarının sayına görə öncül yerlərdən birini tutur. Səhiyyə Nazirliyi rəsmiləri martadək bir il ərzində 16 min 300-dək adamın qəzalarda öldüyünü bildirir.

XS
SM
MD
LG