Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 09:47

Afinada İran səfirliyinə hücum ediblər


Afinada İran səfirliyinin binası

Bir qrup anarxist İranın Afinadakı səfirliyinə hücum edib, Tehranın kürd əhaliylə davranışına etiraz ediblər.

Polisin məlumatına görə, sentyabrın 17-də səhər tezdən 10 nəfərədək əlində dəmir linglər tutmuş adam səfirliyin şüşələrini qırıb, həyətinə qırmızı boya atıb.

İnsident zamanı xəsarət alan olmayıb.

Rubicon adlı anarxist qrup internetdə yerləşdirdiyi bəyanatda iddia edib ki, hücum “İran kürdləri”nə həmrəylik məqsədilə gerşəkləşdirilib.

Bu qrup son illər Yunanıstanda bir neçə oxşar hücum gerçəkləşdirib.

Bir neçə gün öncə Parisdəki İran səfirliyinə də hücum olmuşdu, səfirlik binasına əşyalar atılmış, pəncərələri sındırılmışdı.

İranda kürdlər əsasən ölkənin qərbində və şimal-qərbində yaşayır. İnsan haqları qrupları onları ayrıseçkiliyə məruz qaldığını bildirir.

XS
SM
MD
LG