Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 09:09

Rusiyanın Mərkəzi Bankı neftin qiymətinin ümumilikdə ucuzlaşacağını bildirir


Rusiyanın LUKOIL şirkətinin Xəzərdə neft platforması

Rusiyanın Mərkəzi Bankı neftin qiymətinin bir qədər bahalaşacağını proqnozlaşdırır.

Bankın pul-kredit siyasəti üzrə hesabatına əsasən 2018-ci ildə neftin barelinin təxminən 69 dollar, 2019-cu ildə 60 dollar, 2020-ci ildə isə 55 dollar civarında olacağı gözlənir.

Bankın əvvəlki hesabatında 2018-ci il üçün neftin barelinin 67 dollar, 2020-ci ildə isə 50 dollar olacağı proqnozlaşdırılırdı.

Amma hesabatdan görünür ki, ümumilikdə neftin qiyməti ucuzlaşacaq.

Sənəddə bildirilir ki, neftin qiymətinə yenienidən baxılmasna səbəb, siyasi gərginliyə görə Venesuelada hasilatın, həmçinin İrandan neft idxalının azalması olub.

Həmçinin Bank xəbərdarlıq edir ki, Ukrayna ilə transit müqaviləsinin müddətinin bitməsi və “Şimal axını-2” boru kəmərinin tikintisinin qeyri-müəyyən olması Rusiyadan qaz ixracını mümkün risk altında qoya bilər.

XS
SM
MD
LG