Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 07:49

Paşinyan: ‘Bəlkə danışıqların formatı düz deyil’


Azərbaycanın 2016-cı ilin aprel əməliyyatları zamanı nəzarətinə qaytardığı Lələ Təpə yüksəkliyi
Azərbaycanın 2016-cı ilin aprel əməliyyatları zamanı nəzarətinə qaytardığı Lələ Təpə yüksəkliyi

Ermənistanın baş naziri Nikol Pashinian Rusiyanın “Kommersant” qəzetinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsinə bir neçə dəfə toxunub.

Bəlkə danışıqlar prosesimiz ona görə yerində sayır ki, danışıqların formatı elə də düzgün deyil?” – deyən Pashinian hazırda Dağlıq Qarabağ təmsilçilərinin danışıqlara qatılmamasına eyham vurub.

“ERMƏNİSTANDAN ASILI MƏSƏLƏLƏR”

Bir müddət öncə Azərbaycan tərəf Pashinian-ın Dağlıq Qarabağın erməni icmasının danışıqlarda iştirakıyla bağlı açıqlamasını “münaqişənin həlli üzrə danışıqlar prosesini pozmağa və işğala əsaslanan status-kvonu saxlamağa yönəlmiş qeyri-konstruktiv addım” kimi qiymətləndirmişdi.

Nikol Pashinian
Nikol Pashinian

Ancaq Ermənistandan asılı məsələlər var. Hətta Ermənistanın özünün Azərbaycana məxsusluğunu danmadığı yeddi rayonu nəzərdə tuturam. Onların qaytarılması söhbəti çoxdan gedir, amma proses irəliləmir”. “Kommersant”ın əməkdaşı Vladimir Solovyovun bu sualını Pashinian belə cavablandırıb:

Hazırda Dağlıq Qarabağın Konstitusiyası var. Konstitusiyaya görə, bu ərazilər Dağlıq Qarabağa aiddir”.

Buna da bax: Hikmət Hacızadə: Pashinian-ın bəyanatından narahat olmağa dəyməz...

Ermənistanın baş nazirinin Moskvada Dağlıq Qarabağı Ermənistanın bir hissəsi hesab edir deyə açıqlaması beynəlxalq hüququn prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətsizlik və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlara zərbədir”. Bunu isə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Yuri Khachaturov
Yuri Khachaturov

Baş nazir postuna seçiləndən Pashinian kompromislərdən danışır, amma periodik olaraq bildirir ki, Ermənistan tərəf ancaq Azərbaycanın güzəştlərə həqiqətən hazır olduğunu görəndə güzəştdən danışa bilər.

KTMT MƏSƏLƏSİ

“Kommersant”a müsahibədə KTMT və qurumun baş katibi Yuriy Khachaturov məsələsinə də toxunulub. Rusiya prezidenti Vladimir Putinlə danışıqlardan sonra Pashinian bəyan edib ki, təşkilat üzvləri olan ölkələrin rəhbərləri qurumun yeni baş katibinin hansı ölkədən olmasına qərar verməlidirlər.

Khachaturov-a Ermənistanda 2008-ci ilin mart hadisələri ilə bağlı ittiham irəli sürülüb və rəsmi Yerevan onun KTMT rəhbərliyindən geri çağırılması prosesinə başlayıb.

Pashinian müsahibəsində deyib ki, baş katibin soyadı əhəmiyyət daşımır, bu postu Ermənistan təmsilçisi tutmalıdır.

Son vaxtlar Azərbaycanın KTMT-yə mümkün üzvlüyü ətrafında müzakirələr açılıb. Pashinian deyir ki, Ermənistanın razılığı olmadan belə qərarlar qəbul oluna bilməz.

Buna da bax: T.Zülfüqarov: 'Rusiya bunu açıq bəyan etməlidir'

Daha öncə Ermənistanın Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, əgər bu məsələ qalxsa, Ermənistan öz veto hüququndan istifadə edəcək.

Pashinian müsahibəsində onu da qeyd edib ki, Putinlə danışıqlardan sonra bəyan edə bilər – bu gün Ermənistan-Rusiya münasibətləri misilsiz yüksək səviyyədədir. Baş nazir bildirib ki, ilin sonuna, ya da gələn ilin əvvəlinə Rusiya prezidentinin Ermənistana səfəri gözlənir.

Xatırlatma

Nikol Pashinian sentyabrın 8-də Rusiyada prezident Vladimir Putin-lə görüşüb.

Bu səfər daha çox Ermənistan Rusiya münasibətlərinə həsr edilsə də Pashinian ayrı-ayrı açıqlamalarında Dağlıq Qarabağ münaqişəsinə də toxunub.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal edilən əraziləri ilə bağlı ümumilikdə 4 qətnamə qəbul edib. 1993-cü ildə qəbul edilən həmin sənədlərdə işğal edilən ərazilərin boşaldılması istənilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG