Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 07:29

Lavrov və Pashinian Qarabağın danışıqlarda iştirakından danışır


Zohrab Mnatsakanian (sağda) və Sergei Lavrov
Zohrab Mnatsakanian (sağda) və Sergei Lavrov

Dağlıq Qarabağın danışıqlarda iştirakı məsələsini Bakı və Yerevan razılaşdırmalıdırlar. Bunu Rusiyanın xarici işlər naziri Sergei Lavrov deyib.

“Tərəflər hansısa mərhələdə Dağlıq Qarabağın danışıqlarda yenidən iştirakı barədə razılığa gəlsələr, bu, onların qərarı olacaq və biz bu qərara sayqıyla yanaşacağıq”, – Lavrov iyunun 7-də Moskvada erməni həmkarı Zohrab Mnatsakanyan ilə görüşdən sonra deyib.

Lavrov Rusiyanın mövqeyinin dəyişməz qaldığını da qeyd edib: münaqişə ATƏT-in Minsk qrupu çərçivəsində nizamlanmalıdır.

Ermənistanın baş naziri Nikol Pashinian vəzifəyə keçən kimi bildirmişdi ki, Dağlıq Qarabağ tərəfi danışıqlar masasına qayıtmalıdır. O, həmin mövqeyini iyunun 7-də parlamentdə hökumətin proqramını təqdim edərkən bir daha dilə gətirib.

Pashinian çıxışında deyib ki, keçmiş prezidentlər Robert Kocharian və Serzh Sarkisian ya Qarabağa rəhbərlik ediblər, ya da onun özünümüdafiəsinin təşkilində iştirak ediblər, ancaq indiki baş nazirin sakinləri Ermənistan seçkilərində iştirak etməyən Qarabağ adından danışıqlar aparmaq hüququ yoxdur.

Nikol Pashinian
Nikol Pashinian

***Buna da bax: Dağlıq Qarabağdan istefa xəbərləri gəlir

Pashinian qeyd edib ki, Qarabağ danışıqlarda tamhüquqlu tərəf kimi iştirak etməlidir, belə bir hüququ 1994-cü ildə ATƏT-in Budapeşt sammitində əldə edib, 1998-ci ildə isə bu hüquqdan məhrum olub.

AZƏRBAYCANIN CAVABI

Qarabağın azərbaycanlı icmasının da danışıqlarda iştirakıyla bağlı Azərbaycanın tələbinə gəlincə, Pashinian Qarabağ ərazisini tərk edən azərbaycanlıların Azərbaycan vətəndaşı olduğunu bildirir. Onun fikrincə, bu səbəbdən Azərbaycan prezidentinin onların adından danışıqlar aparmaq mandatı var.

"Ermənistan rəhbərliyi tərəfindən verilən bu kimi açıqlamaları münaqişənin həlli üzrə danışıqlar prosesini pozmağa və işğala əsaslanan status-kvonu saxlamağa yönəlmiş qeyri-konstruktiv addım kimi qiymətləndiririk". Bunu APA-ya açıqlamasında XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

“Ermənistanın yeni rəhbərliyinə xatırlatmaq istərdik ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasının da vətəndaş statusu dəyişməyib. Onlar Dağlıq Qarabağın Azərbaycan icması ilə birlikdə Azərbaycan Respublikasının vətəndaşları olaraq qalmaqda davam edirlər”, – Hacıyev deyib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG